Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Azərbaycan qadını

 

Açar sözlər:
Baxış sayı: 122

Oğlan

 

Açar sözlər:
Baxış sayı: 139

Sıra məndə - uşaqlıq sirlərim!

Hamıya salam!

 

Hal-hazırda istifadəçilər arasında “Sıra məndə – uşaqlıq sirləri” adlı oyun keçirilir. Məni bu oyuna Ruzigarım dəvət edib.

 

Yaxşı, mən də öz uşaqlıq sirlərimdən bəzilərini sizinlə bölüşüm. Mən balaca olanda, biz Astrofizika Rəsədxanasının qəsəbəsində yaşayırdıq. Valideynlərimizlə axşamlar tez-tez gəzməyə çıxardıq. Atam səmaya baxar və bizə deyərdi: “baxın, peyk uçur!”. Bütün uşaqlığım boyu mən elə düşünürdüm ki, peyk zəncirotunun uçan toxumudur. Atam peykləri göstərəndə mən onları çatdırıb, görə bilmədiyim üçün, gündüzlər zəncirotunu var gücümlə üfürərdim ki, gecələr onu göydə görüm. 

 

Ümumiyyətlə, bu qəsəbə qəribə bir yer idi. Biz orda balaca vəhşilər kimi idik. Demək olar ki, heç nə görmürdük, nə maşın, nə konfet, nə də ki, fərli oyuncaq. Amma, ora tez-tez Bakıdan qonaqlar gələrdi. Yerli əhali nədənsə bu qonaqları sevməzdi. Bir dəfə rəfiqələrimlə gəzərkən, mən Bakıdan gələn bir ailənin arxasınca yediyim almanın cöcəyini atdım. Sonra isə həmən günün axşamı, evimizin qapısı çalındı və mən həmən insanları gördüm. Qorxudan yerin dibinə girməyə hazır idim. Demə, bu insanlar bizim qohumlarımız imiş və bizimlə tanış olmağa gəliblərmiş.

Qəsəbənin ərazisində çox şey yetişirdi: alma, armud, qoz, müxtəlif qarağatlar... Amma, nədənsə biz yad bağlara girər və icazəsiz meyvə yığardıq. Qısaca olaraq, oğurlayırdıq. Yəqin ki, belə daha ləzzətli idi.  

 

Böyürtkən mövsümündə bütün yerli uşaqlar, biz də onlara daxil olmaqla qəsəbənin hər yerində sülənirdik ki, şişə tapaq. Baxmayaraq ki, anam buna qəti qadağa qoymuşdu. Amma, əgər sənin şişən varsa, deməli, sən böyürtkən və şəkərdən sehrli şirniyyat düzəldə bilərdin. Birinci, şişəni bulaqda yaxşı-yaxşı yaxalayıb, böyürtkəni içinə yığıb, doldururduq. Sonra üstünə evdən oğurlanmış şəkər tozunu tökürdük. Bunu qarışdırmaq üçün isə ağacdan nazik budaq sındırır və qabığını soyardıq. Çubuq mütləq ağacdan sındırılmış olmalıydı ki, onun qabığı soyulanda o təmiz və sürüşkən olsun. Bu çubuğu böyürtkəni qarışdırdıqdan sonra hər dəfə şirniyyata batıraraq sümürürdük. Əlimiz, ayağımız, üst-başımız bütün batırdı, analarımız bizi danlayırdı, amma, səhərisi gün isə hər şey yenə də təkrar olunurdu. 

 

Daha bir super sirr, hansı ki, anam hələ də bilmir. Burda isə söhbət həyatdan və ölümdən gedir. Biz bir dəfə best rəfiqəm Sevayla bizdən yaşca balaca olan bir qızı əyləndirmək üçün onu, bulağa aparmaq qərarına gəldik. Bulağa təmiz çatmaq üçün, böyük çay daşlarından tullana-tullana keçmək lazım idi. Belə ki, Sultanka (Sultana qızın adıdır) bizdən balaca olduğu üçün mən böyüklər kimi onu qucağıma aldım. Növbəti addımda, onunla birlikdə şarappıltı ilə palçığa yıxıldıq. Sultanka başdan ayağacan palçıq içində idi. Sarı, qıvrım saçları qəhvəyi rəngə boyanmışdı və başı da daşa dəyərək əzilmişdi. O ağlayırdı. Bizim ordan necə rədd olduğumuz yadımda deyil, sadəcə onu xatırlayıram ki, Allaha yalvarırdım ki, onun valideynləri mənim valideynlərimə heç nə deməsinlər, bir də ki, anam mənim ağ köynəyimin necə olduğunu soruşmasın. Sultanka məni hələ də bağışlamayıb... 

 

Sonda isə məktəblə bağlı sirlərimdən.2-ci sinifdə oxuyarkən mən oxu dərsindən iki almışdım və axşamacan evə getməmişdim. Hələ də valideynlərimə danışmamışam. 

 

Pirquludakı məktəbdə bizə öyrətmişdilər ki, sinfə böyük biri girəndə, hörmət əlaməti olaraq, ayağa qalxmaq lazımdır. Peterburqa köçəndə yeni məktəbə daxil oldum. Bir gün dərs vaxtı sinfə xadimə girdi və mən də tərbiyəli bir qız kimi tez stuldan sıçrayaraq, ayağa qalxdım. Amma, məndən başqa heç kim gözünü də tərpətmədi. Mənə həmən an nə olduğunu müəllim də daxil olmaqla heç kim başa düşmədi... 

 

Bu qədər.

Diqqət üçün təşəkkür edir, topu isə OrxanaOruca atıram.

Açar sözlər:
Baxış sayı: 275

Adsiz

Açar sözlər:
Baxış sayı: 153

Bankir

 

Açar sözlər:
Baxış sayı: 178

Hekim

Açar sözlər:
Baxış sayı: 187

Mirvari sırğalı qız

Yan Vermeyerin "Mirvari sırğalı qız" adlı rəsm əsərindən köçürtmə
 
 
 

Açar sözlər:
Baxış sayı: 272

At

 
 

Açar sözlər:
Baxış sayı: 347

Qız

 
 

Açar sözlər:
Baxış sayı: 262

Bənövşələr

 

 

 

 

 

Açar sözlər:
Baxış sayı: 240


  Yazılar cəmi: 29    Sonrakı səhifə »